Sağlamlıq
Palma yağını sabun hazırlamaq adı ilə gətirib
Sağlamlıq

Palma yağını sabun hazırlamaq adı ilə gətirib ərzağa qatırlar - İqtisadçı

Məlum olduğu kimi, bu ilin birinci rübündə Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 11 min 880 ton palma yağı gətirilib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq isə iki dəfə çoxdur.

E-saglam.az xəbər verir ki, mütəxəssislər hesab edir ki, palma meyvəsinin lətindən alınan yüksək keyfiyyətli bitki yağı insan orqanizmi üçün zərərlı deyil. Anna palma toxumlarından alınan yağ olduqca zərərlidir.

İqtisadçı ekspert Akif Nəsirli Bakupost.az-a bildirib ki, açıqlanan rəqəmlərdə ölkəyə gətirilən sözügedən yağların palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər. Əslində isə onu ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır”.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun