Faydalı
Özü kiçik, faydası çox böyük iydə çəyirdəyinin
Faydalı

Özü kiçik, faydası çox böyük iydə çəyirdəyinin FAYDALARI

İydə çəyirdəyinin faydaları onun tərkibindəki qida dəyəri ilə birbaşa bağlıdır. Oynaq ağrılarına yaxşı gəlir və sümük xəstəliklərini aradan qaldırır. İydə çəyirdəyi təbii antioksidant və antiinflamatuar təsirə malikdir.

E-saglam.az iydə çəyirdəyinin faydalarını təqdim edir:

Osteoporoz üçün yaxşı ola bilər: İydə çəyirdəyi ən məşhur faydalarından biri, osteoporoz üçün xeyirli olması və ağrı azaldıcı təsiridir.

Əzələləri rahatladır: Tərkibindəki ekstraktlar sayəsində təbii əzələ rahatladıcı funksiyasını yerinə yetirir və ağrılı dövrlərdə dərman əvəzinə seçim edilə bilər.

Həzm sistemini tənzimləyir: Bilinən digər faydası isə həzm sistemini tənzimləməsidir və ishal kimi hallarda seçim edilə bilər.

Yaraları sağaldır: İydənin tərkibində flavonoidlər kimi fenolik birləşmələr olduğundan yaraları daha tez sağaldır. Bu məzmun sayəsində kollagen istehsalını təmin edir və hüceyrə yenilənməsini sürətləndirməyə kömək edə bilər.

Qan şəkərini tənzimləməyə kömək edə bilər: İydə aşağı qlisemik indeksi olan bir meyvə olduğundan, qan şəkərini tənzimləməyə kömək edir.

Ürək sağlamlığını dəstəkləyə bilər: Ürək sağlamlığına faydalı təsiri ilə iydə çəyirdəyi qan təzyiqini aşağı salan təsirə malikdir. Ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərə bilər.

Qaraciyər yağını azaltmağa kömək edə bilər: İydənin digər məlum faydası qaraciyərdəki yağ yataqlarını azaltmasıdır.

Bu, ekzemanın təsirlərini azaltmağa kömək edə bilər: İydə çəyirdəyi dəridə qaşınma, qızartı, şişlik və qabıqlanma kimi özünü göstərən ekzemaya qarşı təsirli ola bilər.

İydə çəyirdəyi nədə istifadə olunur?

İydə çəyirdəyinin istifadə sahəsi olduqca genişdir. Bir çox xəstəliklərin müalicəsində istifadə edilə bilər. Qəbizlik probleminiz varsa, liflə zəngin olduğu üçün iydə və ya onun çəyirdəyini istehlak edə bilərsiniz.

Dəmir çatışmazlığı olan insanlarda anemiya ola bilər. Bunu azaltmaq üçün iydə çəyirdəyi istehlak edilə bilər. Qan şəkərini tənzimlədiyi üçün digər istifadə sahəsi diabet xəstələri üçündür. Diabetli insanların bu xüsusi meyvəni pəhriz siyahısına əlavə etmələri uyğun olsa da, həkim nəzarəti altında istifadə edilməlidir.

Böyrəklərin nizamlı fəaliyyətinə töhfə verdiyi üçün böyrək xəstələri tərəfindən də istifadə edilə bilər. Bu səbəbdən böyrək xəstəliyi olan insanların iydə və ya onun toxumlarından istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun