Xəbərlər
Ötən il bağçalarda 51 mindən çox uşaqda
Xəbərlər
257

Ötən il bağçalarda 51 mindən çox uşaqda xəstələnmə halları qeydə alınıb

Ötən il məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) 51 min 7 uşaqda xəstələnmə halları qeydə alınıb.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Azərbaycanda təhsil, elm və mədəniyyət" məcmuəsində öz əksini tapıb.

Ən çox xəstələnmə halı qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyası ilə bağlı olub. Belə ki, bu göstərici 29 896 nəfər təşkil edib.

Digər xəstələnmə hallarına gəlincə, 15 192 uşaqda angina (kəskin tonzillit), 51-də bədbəxt hadisə, zəhərlənmə və zədələr, 204-də pnevmaniya, 154-də bakterial dizenteriya, 495-də skarlatina, 5 015-də isə digər xəstəliklər qeydə alınıb.

Ümumi xəstələnmə hallarının içərisində 3 və yuxarı yaşda olan uşaqların sayı 41 715 nəfər olub.

Qeyd edək ki, bu gün Azərbaycanda 1 857 uşaq bağçası fəaliyyət göstərir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun