Sağlamlıq
Osmanlı hərəminin gizli müalicəsi -
Sağlamlıq

Osmanlı hərəminin gizli müalicəsi - O qədər faydalıdır ki, əsrlər keçsə də unudulmur

Osmanlı dövründə "fülfül" adı ilə tanınan qara bibər, həm ləzzət qatmaq, həm də sağlamlıq faydaları təmin etmək məqsədilə geniş istifadə edilirdi.

E-saglam.az xəbər verir ki, bu gün də mətbəxlərimizdə əvəzolunmaz bir ədviyyat olan qara bibərin bir çox faydası vardır:

Həzm sisteminə təsiri: Qara bibər, mədə turşularını artıraraq həzmi asanlaşdırır və mədəni qoruyur. Bu xüsusiyyətləri sayəsində həzm sisteminin düzgün işləməsinə kömək edir.

Antioksidant xüsusiyyətləri: Tərkibindəki piperin maddəsi ilə zəngin olan qara bibər, bədəni sərbəst radikallardan qoruyaraq hüceyrə zədələnməsinin qarşısını alır. Bu xüsusiyyətləri ilə qocalma əlamətlərini gecikdirir və immunitet sistemini gücləndirir.

Ağrı kəsici təsiri: İltihab əleyhinə təsiri sayəsində qara bibər, əzələ və oynaq ağrılarını aradan qaldırır. Bu xüsusiyyətləri ilə ağrıları yüngülləşdirir və bədənin rahatlamasına kömək edir.

Arıqlamağa yardımçı olur: Maddələr mübadiləsini sürətləndirən qara bibər, arıqlama prosesini dəstəkləyir. Bu xüsusiyyətləri ilə kilo verməyə kömək edir və bədənin ideal çəkisini qorumağa dəstək olur.

Yaddaş və konsentrasiyanı yaxşılaşdırır: Qara bibərin müntəzəm istifadəsi, beyin funksiyalarını yaxşılaşdırır. Bu xüsusiyyətləri ilə yaddaşı gücləndirir və konsentrasiyanı artırır.

Qara bibərin faydalarını artırmaq üçün bəkməzlə birləşdirə bilərsiniz. Bəkməz dəmir, kalsium və vitaminlərlə zəngin bir qida mənbəyidir. Bəkməz və qara bibərin birləşməsi xüsusilə soyuqdəymə, öskürək və boğaz ağrılarına qarşı təsirli bir həll təmin edir. Bu qarışıq immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərə qarşı daha davamlı edir.

Bəkməz və qara bibər qarışığının hazırlanması:

  • 1 xörək qaşığı bəkməz
  • 1/2 çay qaşığı qara bibər

Hazırlanması: Bəkməzi bir qaba qoyun, qara bibər əlavə edin və yaxşı qarışdırın. Dad əlavə etmək istəyirsinizsə, bir az limon suyu da əlavə edə bilərsiniz. Qarışıqdan gündə 2-3 dəfə bir çay qaşığı qəbul edə bilərsiniz. Bu qarışıq öskürək və boğaz ağrısını aradan qaldırmağa kömək edir.

Qara bibər və bəkməz qarışığı, həm ləzzətli, həm də şəfa verici xüsusiyyətləri ilə Osmanlı hərəminin gizli müalicəsi olaraq tanınır. Bu qarışıq, müasir dövrdə də sağlamlıq faydaları təmin etmək üçün istifadə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun