
Oruc bədəni yeniləyir və ömrü uzadır.

E-saglam.az xəbər verir ki, Daxili Xəstəliklər Mütəxəssisi Prof. Dr. Osman Erk orucun həm ruhi, həm də fiziki sağlamlığa faydalı olduğunu vurğulayaraq, xroniki xəstəliyi olanların həkim məsləhəti almasının vacibliyini bildirib.
Oruc zamanı düzgün qidalanma önəmlidir. Rafine karbohidratlar və şəkərli qidalar aclıq hissini artırır. Əksinə, lifli tərəvəzlər, paxlalılar, qoz-fındıq, yumurta və kefir toxluq hissi yaradır. İftarda 2 xurma yemək bədəni tez enerji ilə təmin etsə də, həddindən artıq istehlak qan şəkərinin düşməsinə səbəb ola bilər.
Su balansını qorumaq üçün iftar və imsak arasında fasilələrlə su içilməlidir. İftarı bir stəkan su ilə başlayıb yüngül yeməklərlə davam etdirmək tövsiyə olunur. Çox su içmək həzm sisteminə mənfi təsir göstərə bilər. İmsakda duzlu yeməklərdən uzaq durmaq da vacibdir.
Ramazan ayında həddindən artıq çay, qəhvə və kofeinli içkilərdən çəkinmək lazımdır. Çobanyastığı və şüyüd çayı həzmi asanlaşdırır, şişkinliyi azaldır və iltihabla mübarizə aparır. İmsakda şüyüd çayı içmək aclığı nəzarətdə saxlamağa kömək edir.
İftardan sonra hərəkətsizlik sağlamlığa zərərlidir. Yeməkdən 1-2 saat sonra yüngül gəzinti həzmi sürətləndirir və çəkiyə nəzarəti asanlaşdırır. Oruc zamanı qan şəkəri düşdüyü üçün iftardan əvvəl yüngül yürüş etmək faydalı ola bilər.
Desert seçimində südlü şirniyyatlara üstünlük verilməlidir. Yeməkdən sonra bol darçınlı desertlər qan şəkərinin tənzimlənməsinə kömək edir. Qarğıdalı siropu olmayan orqanik dondurma və yüngül meyvəli desertlər də sağlam seçimlərdir.
Tərcümə: Könül Oruc