Onkoloq Valeriya Komissarova bildirib ki, sağlam tərəvəz yemək xərçəngdən qorunmağın yollarından biridir.
E-saglam.az xəbər verir ki, o, "aif.ru" ilə söhbətində bu tərəvəzləri sadalayıb.
Komissarovanın sözlərinə görə, tərəvəz, meyvə və göyərti çoxlu vitaminlər, minerallar və antioksidantlardan ibarət olduğundan gündəlik qida rasionunun mühüm tərkib hissəsidir: “Bundan əlavə, pəhrizin tərəvəz və meyvələrlə doldurulması ümumi kalori qəbulunu azaltmağa kömək edir, bu, məlum olduğu kimi, xərçəng üçün risk faktorları siyahısına daxil edilən piylənmənin qarşısını alır. Hər gün ən azı 400 qram nişastası olmayan tərəvəz və meyvələr yemək məsləhətdir”.
İlk növbədə antioksidantlarla zəngin tərəvəzlər xərçəngin qarşısının alınması üçün faydalıdır: "Brokoli, kələm və brüssel kələmi, yerkökü, pomidor, badımcan, çuğundur, bolqar bibəri, artişok, ispanaq, balqabaq, soğan, sarımsaq, yaşıl yarpaqlı tərəvəzlər. Onkoloq, onların təzə istehlak edildikdə və ya qısa müddət ərzində buxarda bişirilməsindən sonra ən yaxşı təsir göstərdiyini qeyd edib.
Bundan əlavə, Komissarova sarı bibər, yerkökü, balqabaq və şirin kartofda (yam) olan A vitamininə çevrilən beta-karotinin əhəmiyyətinə diqqət çəkib: "A vitamini kolon, prostat və döş, ağciyər və mədə xərçəngindən qoruyur".
Tərcümə: Könül Oruc