Onkoloq Elizaveta Vasilyeva bildirib ki, düzgün qidalanma xərçəngin qarşısının alınmasında mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, həkim bu ölümcül xəstəlikdən qorunmaq üçün məhsulları sadalayıb.
O, ilk növbədə, düzgün proteinli qidaları yeməyə çağırıb: mal əti, quş əti və balıq: "Donuz və quzu ətindən qaçınmaq daha yaxşıdır, çünki pəhrizdə çox miqdarda yağ mədə və bağırsaqların sağlam hüceyrələrində mutasiyaya səbəb ola bilər.
Həkim kəsmik, göyərti və tərəvəzli omleti ideal proteinli səhər yeməyi adlandırıb. O, bu qidaların amin turşuları ilə zəngin olduğunu və asanlıqla həzm olunduğunu izah edib.
Onkoloqun sözlərinə görə, dəniz balıqlarında, qoz-fındıqda və bitki yağlarında olan omeqa-3 yağları da xərçəng riskini azaldır. Onun sözlərinə görə, onlar xolesterol səviyyəsini idarə etməyə, maddələr mübadiləsini yaxşılaşdırmağa və hüceyrələri zədələnmədən qorumağa kömək edir.
Bütün taxıllardan (qəhvəyi düyü, yulaf, makaron və kəpəkli çörək), yaşıl tərəvəzlərdən bitki lifi də sağlamlıq üçün faydalıdır: "Onları pəhrizinizə daxil etməklə, siz heç olmasa həzmi yaxşılaşdırırsınız və maksimum olaraq bağırsaqları şişlərin əmələ gəlməsindən qoruyursunuz.
Həmçinin, şiş riskini minimuma endirmək üçün Vasilyeva, brokoli və qreypfrut kimi tərəvəzləri və sitrus meyvələri yeməyi məsləhət görüb. Həftədə iki-üç dəfə brokoli yemək ürək-damar və həzm sistemləri üçün faydalıdır və bu tərəvəz təhlükəli kanserogenləri zərərsizləşdirir.
Tərcümə: Könül Oruc