Onkoloq Vladimir İvaşkov sağlamlığa mənfi təsir göstərə bilən üç səhər vərdişinə diqqət çəkib.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, acqarına qəhvə içmək kortizol hormonunu daha da artıraraq narahatlıq və əsəbiliyə səbəb ola bilər.
İkinci olaraq, acqarına ağrıkəsici və iltihabəleyhinə dərmanların (məsələn, ibuprofen, aspirin) qəbulundan çəkinmək tövsiyə olunur. Bu vərdiş mədə selikli qişasına zərər verə və xora riskini artıra bilər.
Üçüncü olaraq isə acqarına intensiv idman məsləhət görülmür. Mütəxəssis bildirir ki, bu zaman performans azalır və bərpa prosesi zəifləyir. Yüngül gəzinti isə istisna kimi daha təhlükəsiz hesab olunur.
Tərcümə: Könül Oruc