Sağlamlıq
Onkoloq ömrü uzatmağın yollarını
Sağlamlıq
176

Onkoloq ömrü uzatmağın yollarını açıqladı

Onkoloq Yevgeni Çeremuşkin ömrü necə uzatmağın yollarını izah edib.

E-saglam.az xəbər verir ki, o, aif.ru ilə söhbətində bunun yollarını açıqlayıb. 

O, orqanizmin tənəzzülünü təbii proses adlandırdı, lakin uzunömürlülük üzrə dünya çempionlarının - yaponların necə yaşadıqlarına baxmağı təklif etdi.

"Deyə bilərsiniz ki, bu, genetikadır, lakin daha çox təsir edən qidalanma, həyat tərzi və yaxşı müalicədir. Bütün bu komponentlər bir araya gələndə insan daha uzun yaşayır", - Çeremuşkin bildirib.

Həkim xatırladıb ki, təkcə orqanizmin sağlamlığına deyil, həm də emosional vəziyyətinə nəzarət etmək lazımdır.

"İnsanın içində qurulmuş bir həyat proqramı var - 125 ildən çox deyil. Hər şey solmağa başlayır, bu təbiidir", - onkoloq əlavə etdi. O, hətta uzunömürlülərin çoxunun bu yaşa qədər yaşamadığını da vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun