Səhər yeməyi günün ən vacib yeməyi hesab olunur. Uzun və sağlam ömür yaşamaq istəyirsinizsə, günə səhər yeməyi ilə başlamalısınız. Ancaq bunu yalnız aclığınızı yatırtmaq üçün deyil, həm də ümumi bədən sağlamlığınızı qorumaq üçün etməlisiniz. Bəs, ömrünüzü uzatmaq üçün səhər yeməyində hansı qidaları qəbul etməlisiniz?
E-saglam.az xəbər verir ki, sağlam səhər yeməyi bizə gün boyu enerji verməklə yanaşı, uzunmüddətli sağlamlıq üçün güclü zəmin yaradır. Bəs günün ilk yeməyini bu qədər güclü edən nədir?
ZÜLAL VƏ TƏRƏVƏZLƏR İLƏ ƏZƏLƏLƏRİNİZİ GÜCLƏNDİRİN
Tərəvəzlərlə dolu zülallı səhər yeməyi ləzzətli bir başlanğıc olmaqla yanaşı, əzələ və beyin yanacağı kimidir. Yumurta və ya qoz-fındıq kimi mənbələrdən alınan zülallar əzələ sağlamlığını dəstəkləyir, bu da yaşlandıqca daha çox əhəmiyyət kəsb edir.
İspanaq, pomidor və ya bibər kimi tərəvəzlərin əlavə edilməsi bəzi lif və antioksidantlar təmin edir. Bu qidalar beyin sağlamlığını dəstəkləyir və hətta koqnitiv geriləmə riskini azaltmağa kömək edə bilər.
TAM TAXILLAR
Bütün taxıllar, yulaf əzməsi və tam buğda çörəyi, ürək xəstəliyi, diabet və hətta bəzi xərçəng növləri riskinin azalması ilə əlaqələndirilir.
Nature Food-da aparılan bir araşdırmaya görə, pəhrizə tam taxıl məhsulu əlavə etmək ömrü təxminən 9-10 il artıra bilər. Bu taxıllar qan şəkərini sabit saxlayır, bizi daha uzun müddət tox saxlayır və sağlam qocalmanın açarı olan qidalarla doludur.
ÜRƏK VƏ BEYİN ÜÇÜN SAĞLAM YAĞLAR
Yağlardan qorxmayın, düzgün olanları seçin. Avokado, zeytun yağı və hətta bir çimdik qoz-fındıq kimi sağlam yağlar ürək və beyin sağlamlığı üçün vacibdir.
Bu yağlar xolesterolu nəzarətdə saxlamağa və idrak funksiyasını artırmağa kömək edir. Bunlar yaşlandıqca hamımızın istədiyi vacib iki şeydir. Səhər yeməyinizə bir az avokado və ya bir ovuc qoz-fındıq əlavə etmək sizə dad və sağlamlığın mükəmməl qarışığını verə bilər. O, həmçinin nahar vaxtı keçənə qədər bizi tox saxlayır.
EMAL EDİLMİŞ QİDALARDAN UZAQ DURUN
Şəkərli xəmir və ya işlənmiş səhər yeməyi sendviçləri kimi bir şey götürmək cazibədar ola bilər, lakin bu seçimlər lazımsız kalori əlavə edə və hətta ömrünüzü qısalda bilər.
Tədqiqatlar ultra emal olunmuş qidaların daha yüksək ölüm nisbətləri ilə əlaqəli olduğunu göstərir.
Tərcümə: Könül Oruc