Omeqa-3 və Omeqa-6
Omeqa-3 və Omeqa-6

ABŞ-ın Corciya Universiteti tərəfindən aparılan araşdırmalar göstərib ki, Omeqa-3 və Omeqa-6 yağ turşuları müxtəlif xərçəng xəstəliklərinin qarşısını alır.

E-saglam.az xəbər verir ki, tədqiqat on ildən çox izlənilən 250 min insanın məlumatları araşdırılaraq aparılıb.

Tədqiqatın aparıcı müəllifi Yuchen Zhang bildirib ki, Omeqa-3 və Omeqa-6-nın yüksək səviyyələri daha aşağı xərçəng nisbətləri ilə əlaqəlidir.

Tədqiqat göstərib ki, bu yağ turşuları daha çox qidalanmaya əlavə edilməlidir. Bu yağ turşuları iltihabi və metabolik prosesləri tənzimləyərək şiş hüceyrələrinin çoxalmasının və yaşamasının qarşısını alır.

Könül Oruc

E-saglam.az