Baş ağrısının müxtəlif səbəbləri ola bilər və beyin xərçəngi bunlardan biridir.
E-saglam.az xarici kiv-ə istinadla xəbər verir ki, ingiltərədəki "cancer research" mərkəzinin mütəxəssisləri bununla bağlı apardıqları araşdırmanın nəticəsini açıqlayıblar.
Ürək bulanması ilə müşayiət olunan baş ağrısı
Beyin xərçəngində baş ağrısı tez-tez ürək bulanması ilə müşayiət olunur.
Ani baş ağrısı:
Şiddətli baş ağrısı bir mütəxəssisə müraciət etmək üçün yaxşı bir səbəbdir. xüsusən əvvəllər belə bir ağrı keçirməmisinizsə.
Gecə baş ağrısı:
Gecə baş ağrısı sizi oyadırsa, bu da həkimə müraciət etmək üçün bir səbəbdi.
Görmə dəyişiklikləri ilə müşayiət olunan baş ağrısı:
Gözlərdəki ləkələr də beyin xəstəliklərinə işarə ola bilər. belə bir problemi görsəniz, bir mütəxəssislə məsləhətləşməyin vaxtı gəlir.
Zamanla baş ağrısının kəskinləşməsi:
Zamanla ağırlaşan davamlı baş ağrıları da beyin xərçənginin əlaməti ola bilər.
Mütəxəssislər beyin xərçəngi inkişafı dövründə yaddaş problemləri və danışma pozuqluqları meydana gələ biləcəyini də xəbərdar ediblər./publika.az/