Qidalanma
Ofis işçiləri üçün enerjini gün boyu qoruyan
Qidalanma
220

Ofis işçiləri üçün enerjini gün boyu qoruyan qidalar açıqlandı

Diyetoloq Kristen Smit ofisdə çalışanların gün ərzində enerjili qalmaq üçün bəzi əsas qidalardan faydalana biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, o, "Infobae" ilə söhbətində bu məhsulları sadalayıb.

Həkimin sözlərinə görə, menyuda kompleks karbohidratlar – tam buğda çörəyi, düyü və makaron kimi məhsullar mütləq yer almalıdır. Bu qidalar qan şəkərini sabit saxlayaraq enerjini uzun müddət qorumağa kömək edir.

Bununla yanaşı, gündə bir neçə porsiya tərəvəz və ən azı iki porsiya meyvə qəbul etmək də vacib sayılır. Bu, həm vitamin, həm də antioksidant ehtiyacını qarşılayır.

Enerji balansını qorumaq üçün yağsız protein mənbələri də əhəmiyyətlidir. Toyuq, balıq və paxlalılar bu məqsədlə ideal seçimdir. Süd məhsullarına gəlincə, diyetoloq boyasız, konservantsız ağ qatıq və az yağlı pendirə üstünlük verilməsini tövsiyə edir.

Kristen Smit vurğulayıb ki, düzgün qidalanma ofis mühitində zehni aydınlıq, məhsuldarlıq və uzunmüddətli enerji üçün əsas şərtlərdən biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun