Tibbi xəbərlər
Normal yorğunluğu patoloji yorğunluqdan
Tibbi xəbərlər
127

Normal yorğunluğu patoloji yorğunluqdan ayırmağın sadə bir üsulu

Terapevt və yuxu mütəxəssisi Manav Mançanda normal yorğunluğu patoloji yorğunluqdan ayırmağın yolunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözləri "Indian Express" qəzetində yer alıb. 

Mançanda qeyd etdi ki, yorğunluğun ən etibarlı müalicəsi səkkiz-doqquz saatlıq yuxudur. O əlavə etdi ki, əgər belə bir istirahətdən sonra enerji səviyyəsi artmazsa və yorğunluq davam edərsə, sağlamlığınızla məşğul olmağın vaxtıdır.

Həkim qeyd etdi ki, yuxudan sonrakı yuxululuq əksər hallarda yuxunun dərin və ya bərpaedici fazalarındakı pozğunluqlardan qaynaqlanır. Bu, yuxu apnesi, narahat ayaqlar sindromu və ya dövri ətraf hərəkəti pozğunluğu ilə əlaqəli ola bilər. Bundan əlavə, somnoloqun sözlərinə görə, problem hormonal balanssızlıq və ya anemiya, diabet və xroniki infeksiyalar kimi sistemik xəstəliklərdən qaynaqlana bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun