Psixologiya
Niyə həmişə enerjiniz tükənir? -
Psixologiya

Niyə həmişə enerjiniz tükənir? - səssizcə sizi tükəndirən 5 vərdiş

Həyatımızın böyük hissəsini vərdişlərimiz idarə edir.

E-saglam.az xəbər verir ki, bəziləri faydalı olsa da, digərləri bizdən fərqinə varmadan enerji alır. Aşağıda enerjinizi səssizcə tükəndirən beş vərdişə diqqət yetirək.

1. Daim özündən narazı olmaq

İnsanlar bəzən dəyişməyə çalışmaqla inkişaf etdiklərini düşünürlər. Əslində isə bu, özünü qəbul etməmək və zorla başqasına çevrilmək cəhdidir. Nəticədə insan yorulur, əsəbiləşir və özünü daha da pis hiss edir. Özünü zorla dəyişdirmək əvəzinə, öz xüsusiyyətlərini anlayıb onlardan necə faydalanmaq yollarını tapmaq daha sağlam yanaşmadır.

2. Hər şeydə pislik axtarmaq

Bəzi insanlar hər yerdə neqativ görür. Ətrafdakıların yaxşı tərəflərini görmək əvəzinə, yalnız çatışmazlıqlara fokuslanırlar. Bu yanaşma psixoloji gərginlik və enerji itkisinə səbəb olur.

3. Hər zaman mübahisə etmək

Hər fürsətdə “doğru”nu sübut etməyə çalışan insanlar həm öz enerjisini, həm də başqalarının əhvalını korlayır. Çox vaxt belə mübahisələr heç bir nəticə vermir, sadəcə tükəndirir.

4. Davamlı tənqid etmək

Başqalarını daim tənqid edən insanlar əksər hallarda özlərindən də narazıdır. Bu vərdiş isə emosional enerjini sürətlə azaldır və ətrafla münasibətləri pozur.

5. Həmişə öz bildiyini etməyə çalışmaq

Hətta yaxşı niyyətlə də olsa, daim öz yolunda israr edən insanlar bəzən inadkarlığa qapılır. Bu yanaşma başqaları ilə münasibətləri çətinləşdirir, insana isə daxili təzyiq və yorğunluq gətirir.

 

Bu vərdişlərdən heç olmasa birini özünüzdə tanıyırsınızsa, onu dəyişdirmək üçün addım atmaq vaxtıdır. Kiçik dəyişikliklər belə həyat keyfiyyətinizi xeyli yaxşılaşdıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun