Xəbərlər
Nikah müqaviləsində xəyanətə görə kompensasiya şərti
Xəbərlər
512

Nikah müqaviləsində xəyanətə görə kompensasiya şərti müəyyən edilə bilər

Yeni evlənən və bir-birini tam tanımayan cütlüklər gələcəkdə hüquqi problemlərinin qarşısını almaq üçün nikah müqaviləsi bağlayaraq könüllü şəkildə nikahdan irəli gələn vəzifə və öhdəliklərini, nikah pozulduqda əmlak bölgüsü, aliment və digər məsələlərlə bağlı şərtlər müəyyən edə bilərlər.

E-saglam.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə AZƏRTAC-ın evlənməyə hazırlaşan şəxslər gələcəkdə hüquqi problemlərlə üzləşməmək üçün hansı məqamlara diqqət yetirməlidirlər sualını cavablandıraraq deyib.

T.Abdullazadə bildirib ki, hətta xəyanətə görə kompensasiya şərti də müəyyən edə bilərlər. Məsələn, nikah müqaviləsində nəzərdə tutula bilər ki, tərəflərdən biri xəyanət edərsə, digər tərəfə kompensasiya ödənilməlidir. Ailə Məcəlləsi yol verir ki, kompensasiyanın məbləğini tərəflər özləri azad iradə ifadəsinə əsasən müəyyən etsinlər.

Nikah müqaviləsi dünyanın bir sıra ölkələrində tətbiq olunur. Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da, praktiki olaraq Azərbaycanda tətbiq olunmur və tərəflər aralarında belə müqavilənin bağlanmasından çəkinirlər. Təbii ki, burada milli mentalitet, adət-ənənələr, ictimai qınaq, qarşılıqlı etimadın qırılması, inamsızlıq yaranması və s. faktorlar var.

“Nikah müqaviləsinin bağlanması müsbət addım olsa da, cütlüklər buna qarşılıqlı inamsızlıq kimi yanaşaraq belə bir müqavilənin bağlanmasından bir çox hallarda imtina edirlər”, - deyə vəkil qeyd edib.

E-saglam.az 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun