Yandex watch
Nəzarətsiz vitamin istifadəsi bədənə zərər verir

Qış mövsümündə immuniteti gücləndirmək məqsədilə vitamin istifadəsi artır. Lakin balanslı və düzgün qidalanan insanlarda adətən vitamin çatışmazlığı müşahidə olunmur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, həkim məsləhəti olmadan qəbul edilən vitamin əlavələri orqanizmə ciddi zərər verə bilər.

Emlakbazari.az

E-saglam.az- ın xəbərinə görə soyuq havalarda bəzi insanlar vitaminlərin onları xəstəliklərdən qoruduğuna və enerjili hiss etdirdiyinə inanır. Ancaq bu əlavələrin nəzarətsiz və səhv istifadəsi fayda vermək əvəzinə, sağlamlığa ciddi ziyan vura bilər. Bəs bu halda nələrə diqqət edilməlidir? Ehtiyat tədbirləri görülmədikdə hansı fəsadlar yarana bilər?

Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasının Daxili Xəstəliklər üzrə mütəxəssisi Dr. Əminə Zeynep Taşkale TRT News-a açıqlamasında bildirir ki, vitaminlər orqanizmdə normal hüceyrə və molekulyar funksiyaların davam etməsi üçün müəyyən miqdarda lazımdır. Bu miqdar fərddən-fərdə dəyişir və xüsusilə yaşlılarda, xroniki xəstəliklər zamanı, hamiləlik və südvermə dövründə dəyişə bilər. Həkim nəzarəti olmadan vitamin qəbul etmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Əlavələr yerinə balanslı qidalanma

Dr. Taşkale qeyd edir ki, düzgün və balanslı qidalanan şəxslərdə adətən vitamin çatışmazlığı olmur. Vitaminlərin həddindən artıq qəbulu yorğunluq, ürəkbulanma, baş ağrısı, qaraciyər zədələnməsi və böyrək çatışmazlığı kimi ağır yan təsirlərə səbəb ola bilər.

O, həmçinin bəzi vitaminlərin dərmanlarla qarşılıqlı təsirə girdiyini bildirir. Məsələn, K vitamini qan durulaşdırıcı dərmanlarla qarşılıqlı təsir göstərərək onların təsirini azalda bilər. A vitamininin artıq qəbulu baş ağrısı, dəri quruluğu, saç tökülməsi, qaraciyər zədələnməsi və menstruasiya nizamsızlığına səbəb ola bilər. C vitamini isə bədəndə toplanmayan, suda həll olan vitamin olsa da, uzun müddət yüksək dozada qəbul edildikdə böyrək və sidik yollarında daşların əmələ gəlməsinə səbəb ola bilər.

Vitaminlər nə zaman qəbul edilməlidir?

Mütəxəssis Dr. Taşkale vitamin əlavələrinin yalnız həkim nəzarəti altında istifadə edilməli olduğunu vurğulayır. Onun sözlərinə görə, hər hansı vitamin əlavəsinə başlamazdan əvvəl həkim nəzarətində müvafiq analizlər aparılmalı, fərdi ehtiyac və dozaj müəyyən olunmalıdır. Vitaminlər tövsiyə olunan miqdardan artıq qəbul edilməməlidir.

 

E-saglam.az