Gözəllik-dəb
Nəzarətsiz istifadə edilən arıqlama məhsulları
Gözəllik-dəb
111

Nəzarətsiz istifadə edilən arıqlama məhsulları sağlamlıq üçün təhlükəlidir - Həkim xəbərdarlıq etdi

Əskişəhərdə uzun illər fəaliyyət göstərən bitki həkimi Metin Ağılönü xəbərdarlıq edir: “İnternetdə satılan arıqlama kapsulları sağlamlıq üçün ciddi risk daşıyır. Düzgün dozada istifadə edilməyən məhsullar maddələr mübadiləsini poza və həyati orqanlara zərər verə bilər”.

E-saglam.az xəbər verir ki, yay yaxınlaşdıqca arıqlama arzusu artır. Lakin şüursuz şəkildə istifadə edilən fitoterapiya məhsulları bədəndə fəsadlar yarada bilər. Ağılönü bildirib ki, bu məhsulların səhv istifadəsi xüsusilə qaraciyər və böyrəklərə ziyan verə bilər.

Doza çox önəmlidir

Ağılönü vətəndaşları yalnız bitki mütəxəssislərinin verdiyi ölçüdə məhsullardan istifadə etməyə çağırır. “Bəzi insanlar sürətli nəticə almaq üçün dozanı artırır. Bu, bağırsaqlara, immun sisteminə və digər orqanlara mənfi təsir edə bilər”, – deyə o bildirib.

Təhlükəsiz arıqlama üçün təbii məhsullar

O, sağlam arıqlamaq istəyənlərə çia və kətan toxumu, yaşıl çay, zəncəfil və zərdəçal kimi təbii məhsulları tövsiyə edib. Bu qidalar həm həzmi dəstəkləyir, həm də bədəndə yağ nisbətini tarazlayır.

İnternet məhsullarına aldanmayın

Ağılönü sosial şəbəkələrdə satılan “tez arıqladan” məhsulların aldatmaca olduğunu bildirib: “Qısa müddətdə 20 kilo verdirən heç bir sağlam üsul yoxdur. Belə məhsullar bədənə qalıcı zərər verə bilər”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun