Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov baş ağrısı zamanı səhər spirtli içki içməyin ən təhlükəli üsul olduğunu açıqlayıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, ziyafətdən sonra qaraciyərdə toksinləri zərərsizləşdirən fermentlərin çatışmazlığı yaranır və spirt qəbul etmək bədənin hüceyrələrinə daha çox ziyan vurur.
Umnov izah edib ki, səhər spirt qəbul etmək ürək əzələsi, qaraciyər, beyin və mədəaltı vəzinin zədələnməsinə səbəb ola bilər. O əlavə edib ki, mədəaltı vəzi ağır axşamdan sonra çox həzm fermenti istehsal edir və bu, iltihaba, hətta mədəaltı vəzi nekrozu və çoxsaylı orqan çatışmazlığına yol aça bilər.
Həkim səhərlər yağlı, qızardılmış və duzlu qidalardan uzaq durmağı, toyuq bulyonu, yağsız qaynadılmış ət, kruton, düyü və yulaf əzməsi kimi yumşaq qidaları seçməyi tövsiyə edib. Qaraciyərin bərpasını sürətləndirmək üçün tərəvəz, meyvə və yaşıl çay içmək, bol su qəbul etmək vacibdir.
Tərcümə: Könül Oruc