30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin apellyasiya şikayətinə baxılıb.
E-saglam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi yekun qərarını açıqlayıb.
Qərara əsasən, Sənan Mehdiyevin cəzası azaldılıb. Amnistiya aktı şamil edilməklə o, cəzadan tam azad edilib.
S.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il azadlıqdan məhrum edilmişdi.