Qidalanma
Sağlam zənn edilən bu çərəz bədən üçün
Qidalanma
327

Sağlam zənn edilən bu çərəz bədən üçün zərərli ola bilər

Diyetoloq Natalya Mizinova bəzi çərəzlərin tərkibində toksinlərin ola biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, məsələ xüsusilə keşyu ilə bağlıdır. Ekspert qeyd edib ki, çiy keşyu istehsal prosesi zamanı mütləq və çox ciddi emaldan keçirilməlidir, çünki tərkibində zəhərli maddələr mövcuddur və onlar tam şəkildə çıxarılmalıdır.

Mizinova gündəlik qidalanmada ənənəvi çərəzlərə üstünlük verməyin daha təhlükəsiz olduğunu vurğulayıb. O bildirib ki, bu məhsullar aqressiv sənaye emalı tələb etmir və qida dəyərini daha yaxşı qoruyur.

Diyetoloqun sözlərinə görə, qida dəyərinə görə ən yüksək göstəricilərə malik qoz-fındıqlar sırasında şam fındığı və qoz ilk yerlərdədir. Badam da yüksək dəyərə malik məhsullar arasındadır, fındıq isə bu siyahıda dördüncü yerdə qərarlaşıb.

Ekspert eyni zamanda qoz-fındıqları qabıqlı şəkildə almağı tövsiyə edib. Onun sözlərinə görə, bu üsul qida maddələrinin daha yaxşı qorunmasına və yağların oksidləşmə riskinin azalmasına kömək edir. Tövsiyə olunan gündəlik qəbul miqdarı isə təxminən 30 qramdır ki, bu da bir ovuc ölçüsünə bərabərdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun