Meyvə və tərəvəzlər balanslı qidalanma üçün vacibdir, bəs hansını seçməlisiniz? Ekzotik meyvələr, yoxsa yerli mövsümi məhsullar?
"Yerli meyvə və tərəvəzlər ən yüksək yetişmə dövründə yığılır və daha çox antioksidant və vitamin ehtiva edir. Eyni zamanda, ekzotik meyvələr çox vaxt yetişməmiş yığılır, uzun müddət daşınır və qida dəyərini itirir. Bundan əlavə, bahalı idxal olunmuş meyvələrdə zərərli pestisidlər və konservantlar ola bilər".
Diyetoloq vurğulayıb ki, sitrus meyvələri, portağal və naringi istisnadır: "Onlar qışda asanlıqla əldə edilə bilər və çoxlu C vitamini ehtiva edir. Onlar əsas tərkib hissəsi kimi deyil, əlavə qida kimi daxil edilə bilər. Kivi və nar da C vitamini və polifenolların mənbəyidir. Onlar həftədə 2-3 dəfə istehlak edilə bilər".
Tərcümə: Könül Oruc