Psixologiya
Söyüş fiziki performansı artıra bilər -
Psixologiya
9

Söyüş fiziki performansı artıra bilər - Alimlərdən ilginc araşdırma

Yeni bir araşdırma, söyüşlərin insanların özünü daha inamlı və diqqətli hiss etməsinə kömək edərək fiziki tapşırıqları daha yaxşı yerinə yetirmələrinə təsir göstərə biləcəyini ortaya qoyub.

E-saglam.az xəbər verir ki, Keele Universiteti və Alabama Universitetindən alimlərin birgə apardığı tədqiqatda iştirakçılar stulda itələmə hərəkəti edərkən hər iki saniyədə ya seçdikləri söyüşü, ya da neytral sözü təkrarlayıblar. Nəticələr göstərib ki, söyüş söyənlər neytral söz istifadə edənlərlə müqayisədə tapşırığı daha uzun müddət və daha effektiv yerinə yetiriblər.

Tədqiqatın aparıcı müəllifi, psixologiya üzrə baş müəllim Riçard Stefens bildirib ki, söyüş insanların sosial məhdudiyyətləri bir kənara qoyaraq sərbəst hərəkət etməsinə imkan verir. Bu isə özünəinamı artırır, diqqəti yayındıran faktorları azaldır və fiziki performansı yaxşılaşdırır.

Alimlərin sözlərinə görə, söyüş kalorisiz, dərmansız və asan əldə edilən bir performans artırıcıdır. Bundan əlavə, bəzi iştirakçılar "psixoloji axın" vəziyyətinə çatdıqlarını, yəni tapşırıqda tamamilə fokuslanaraq və əyləncəli şəkildə iştirak etdiklərini bildiriblər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun