Psixologiya
İctimaiyyət qarşısında üzün qızarmasının səbəbi və
Psixologiya
115

İctimaiyyət qarşısında üzün qızarmasının səbəbi və mübarizə yolları

Ceyms Kuk Universitetinin (Avstraliya) Tibb və Stomatologiya Kollecinin anatomiya və patologiya üzrə baş müəllimi Amanda Meyer ictimai yerlərdə üzün qızarmasının səbəblərini izah edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, üzə, qulaqlara, boyuna və sinə nahiyəsinə qəfil qan axını simpatik sinir sisteminin aktivləşməsi və qana adrenalin ifrazı ilə bağlıdır.

Həkim bildirib ki, adrenalin əksər hallarda qan damarlarını daraltsa da, üz nahiyəsində əks proses baş verir. Damarlar genişlənir, dəriyə daha çox qan axır və nəticədə üz qızarır. Bu hal stress reaksiyası ilə əlaqəli olsa da, birbaşa təhlükəyə hazırlıq demək deyil.

Meyer qeyd edib ki, üzün qızarması təkamül baxımından utanc və xəcalət kimi sosial emosiyaların ifadəsi ola bilər. Mütəxəssis vurğulayıb ki, bu reaksiyanı tam dayandırmaq mümkün deyil, lakin yaş artdıqca və insan sosial vəziyyətlərə daha az həyəcanla yanaşdıqca qızarma halları azalır.

Onun sözlərinə görə, koqnitiv-davranış terapiyası bu problemi yaşayan insanlara kömək edə bilər. Simpatik sinir sisteminin həddindən artıq aktivliyi ilə bağlı ağır hallarda isə cərrahi müdaxilə də müzakirə oluna bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun