Qidalanma
Sağlamlığa zərər vermədən nə qədər
Qidalanma
8

Sağlamlığa zərər vermədən nə qədər peçenye yemək olar?

Roskaçestvo ekspert şurasının üzvü, həkim Mariyat Muxina bildirib ki, həm mağazadan alınan, həm də evdə hazırlanan peçenyelər sağlam insanlar üçün yalnız nadir hallarda və çox az miqdarda istehlak edilməlidir.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, peçenye diabeti olan, artıq çəkidən əziyyət çəkən və ya xolesterolu yüksək olan şəxslər üçün qətiyyən tövsiyə edilmir. Bu qrup insanlar yalnız xüsusi pəhriz məhsullarına üstünlük verməlidir.

Muxina qeyd edib ki, sağlam insanlar belə peçenyeni ən yaxşı halda günün birinci yarısında, məsələn səhər və ya nahar vaxtı bir ədəd ilə məhdudlaşdırmalıdır. Axşam saatlarında isə bu cür şirniyyatların qəbulu məqsədəuyğun deyil.

Ekspert vurğulayıb ki, peçenye kimi kalorili məhsullar fiziki aktivliklə, məsələn gəzinti ilə “kompensasiya” edilməlidir. O, müasir qidalanmada karbohidratların həddindən artıq çox olduğunu və bunun cəmiyyətdə piylənmənin artmasına səbəb olduğunu da xüsusi qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun