Psixologiya
Xoşbəxtlik hormonunun səviyyəsini
Psixologiya
10

Xoşbəxtlik hormonunun səviyyəsini artıran qidalar

Skandinaviya Sağlamlıq Mərkəzinin qastroenteroloqu Olqa Çistik hansı qidaların bədənin xoşbəxtlik hormonu serotonin istehsal etməsinə kömək etdiyini izah etdi.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, burada triptofan amin turşusu əsas rol oynayır. Bədən serotonini məhz bu amin turşusundan sintez edir. Lakin triptofan öz-özünə işləmir: beyinə daxil olması və xoşbəxtlik hormonlarına çevrilməsi üçün "köməkçilərə" - B vitaminləri, maqnezium, sink və mürəkkəb karbohidratlara ehtiyac duyur.

"Yağlı balıqlar (qızılbalıq, skumbriya, siyənək) bədəni omeqa-3 və D vitamini ilə təmin edir ki, bu da xüsusilə qaranlıq aylarda vacibdir - dopamin səviyyələrini tənzimləyir və mövsümi yorğunluqla mübarizə aparmağa kömək edir. Yumurta və süd məhsulları sabit beyin funksiyası üçün vacib olan B12 vitamini və sink təmin edir. Qoz-fındıq, toxum və tünd şokolad sinir hüceyrələrini qoruyan və stressin öhdəsindən gəlməyə kömək edən maqnezium və antioksidantlar ehtiva edir. Paxlalı bitkilər, yulaf əzməsi və banan serotonin səviyyəsini yumşaq bir şəkildə artırır", - deyə mütəxəssis bildirib. 

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun