Bu cür qidaların tez-tez istehlakı beyin quruluşunu dəyişdirə bilər.
Ultra emal olunmuş qidalar, emulsifikatorlar, rəngləndiricilər, ətirləndiricilər və konservantlar da daxil olmaqla çoxsaylı sənaye qatqıları ehtiva edən məhsullardır. Bunlara şirinləşdirilmiş alkoqolsuz içkilər, çipslər, fəstfud, kolbasa, hazır souslar və bir çox digər rəfdə saxlanıla bilən məhsullar daxildir.
Helsinki Universitetinin tədqiqat həmmüəllifi Arsen Kanyamibva izah edib: "Nəticələrimiz göstərir ki, ultra emal olunmuş qidaların daha çox istehlakı beyində dəyişikliklərlə əlaqələndirilir". Alimlər izah ediblər ki, bu, xüsusilə kimyəvi əlavələrlə bağlıdır.
Mütəxəssislər bütün emal olunmuş qidaların zərərli olmadığını vurğulayırlar. Dondurulmuş tərəvəzlər, pasterizə edilmiş süd və konservləşdirilmiş balıq sağlam ola bilər. Əsas təhlükə tərkibində yüksək miqdarda qatqı, şəkər, duz və yağ olan qidalardan qaynaqlanır.
Tədqiqat "npj Metabolic Health and Disease" jurnalında dərc olunub.
Tərcümə: Könül Oruc