Xəbərlər
Uşaq geyimləri və oyuncaqları ilə bağlı
Xəbərlər
187

Uşaq geyimləri və oyuncaqları ilə bağlı standartlar tətbiq olunacaq

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanuna dəyişikliklər layihəsi hazırlanır".

E-saglam.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədli "Uşaqların zərərli informasiyadan qorunması" mövzusundakı brifinqdə deyib.

O bildirib ki, beynəlxalq təcrübə araşdırılıb və onun Azərbaycanda tətbiqi istiqamətində işlər görülür:

"İstəyirik ki, qanun gələcəkdə uşaqlarla bağlı oyuncaqları, geyimləri, əşyaları tənzimləsin. Bunun üçün tərəfimizdən qanuna dəyişikliklər hazırlanıb. Məsələn, küçədə gəzəndə görürük ki, paltarın üzərində cinayətkarlığın təbliği var. Bunun qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər şərtlənir. Bunla bağlı Rusiyada yaxşı təcrübə var. Həmçinin digər Avropa ölkələri də sözügedən istiqamətdə vacib addımlar atır".

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun