Qidalanma
Bu Yeni il məhsullarını əvvəlcədən almamaq
Qidalanma
217

Bu Yeni il məhsullarını əvvəlcədən almamaq tövsiyə olunur

Qastroenteroloqu Yekaterina Kaşux bayram süfrəsi üçün hansı qidaların əvvəlcədən alınmamalı olduğunu izah etdi.

E-saglam.az xəbər verir ki,həkim qeyd edib ki, əvvəlcədən qablaşdırılmış soyuq kəsiklər - ət, balıq, pendir və kolbasa almamalısınız: "Adətən, onlar möhürlənmiş qablarda 72 saatdan çox saxlanılmır, ona görə də onları bayramdan bir neçə gün əvvəl almaq ən yaxşısıdır. Daha uzun müddət saxlama bakteriyaların çoxalma riskini artırır - məhsul vizual olaraq normal qalsa belə, onu yemək təhlükəli olacaq".

O, həmçinin Yeni il axşamı çiy halda süfrəyə veriləcək meyvə və tərəvəz almağa çağırdı. Kaşux əlavə etdi ki, eyni şey göyərtilərə də aiddir: onları qorumağa çalışa bilərsiniz, amma onlar təzə görünüşünü və dadını itirəcəklər.

Mütəxəssis, həmçinin desert və xəmir xörəklərini əvvəlcədən almamağı məsləhət gördü. Onları tədbirdən bir gün əvvəl və ya tədbir günü almaq daha yaxşıdır. Həkim vurğuladı ki, qalan hər şeyi əvvəlcədən almaq olar, təki onları düzgün saxlayasınız.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun