Qidalanma
Çipsi yeməyi dayandıra bilməməyin
Qidalanma
17

Çipsi yeməyi dayandıra bilməməyin səbəbi

Çipslərdə asılılıq yaradan MSG var.

E-saglam.az xəbər verir ki, bunu doktor Manuel Viso deyib.

O, insanların niyə kartof çipsləri yeməyi dayandıra bilmədiklərini izah etdi: "Çipsilər xüsusilə onları yeməyi dayandırmağı qeyri-mümkün edəcək şəkildə hazırlanmışdır. Xırtıldayan hissəciklər beyninizi alqışlamağa vadar edən dopamini aktivləşdirir. Onların tərkibində həmçinin duz və yağ var ki, bunlar da zəngin dadla birlikdə daha çox iştahınızı qorumaq üçün mükəmməl birləşmədir".

Bu məhsulun digər xarakterik xüsusiyyəti onun teksturasıdır. Kartof çipsisi ağızda tez əriyir və beynin onları az miqdarda qida kimi qəbul etməsinə səbəb olur. Həkimin qənaətinə görə, çipsinin tərkibində həddindən artıq yeməyə səbəb olan dad gücləndiricisi olan - monosodyum qlutamat var ki, tez bir zamanda asılılıq yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun