Qidalanma
Çörəyin gözlənilməz təhlükələri:
Qidalanma
108

Çörəyin gözlənilməz təhlükələri: qatqılar sağlamlığınızı riskə atır

Rosbiotech Universitetinin Qidalanma üzrə mütəxəssisi Yelena Taranova xəbərdarlıq edib ki, şəkər və konservantlarla zənginləşdirilmiş çörəklər sağlamlığa zərər verə bilər.

E-saglam.az xəbər verir ki, o bildirib ki, bəkməz, malt və rəf ömrünü uzadan qatqılarla bişirilən nazik çörəklərdən ehtiyatlı olmaq lazımdır.

Ekspert əlavə edib ki, xırtıldayan çörəklər isə xammalın növündən asılı olaraq faydalı ola bilər: çovdar xırtıldayan çörəyi mədə-bağırsaq sisteminə, qarabaşaq yarması xırtıldayan çörəyi isə dəmira, yulaf xırtıldayan çörəyi qan damarlarına, düyü xırtıldayan çörəyi toksinlərin udulmasına, qarğıdalı xırtıldayan çörəyi isə görmə sağlamlığına faydalıdır.

Taranova vurğulayıb ki, məhsulun tərkibi nə qədər qısa və sadədirsə, bir o qədər sağlam olur. Sağlam qidalanmaq üçün şokoladlı kraker, mürəbbə və kalori baxımından yüksək digər məhsullardan uzaq durmaq tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun