Stomatoloq Sofina Axmed səhərlər ağız qoxusunun niyə yarana biləcəyini izah edib.
E-saglam.az xəbər verir ki, həkim bildirib ki, yuxu zamanı tüpürcək istehsalı azalır, bu da ağızda bakteriyaların çoxalmasına imkan verir. Ağız qoxusuna və acı dada səbəb olan budur.
"Bir şəxs səhər ağzında duzlu və ya qanlı bir dad hiss edirsə, bu, çox güman ki, burun tıxanıqlığından qaynaqlanır və bu, yatarkən mucusun burnun arxasına axmasına səbəb olur. Turş və ya metal bir dad, mədə turşusu və fermentlərin boğaza geri axdığı bir vəziyyət olan laringofaringeal reflüksdən qaynaqlanır", - həkim izah etdi.
Səhərlər ağız qoxusu riskini azaltmaq üçün stomatoloq yatmazdan əvvəl bir stəkan su içməyi tövsiyə edib. O, həmçinin axşam saatlarında ağız qarqarasından istifadə etməyi və şəkərsiz saqqız çeynəyərək tüpürcək istehsalını stimullaşdırmağı məsləhət görüb. Sonda, həkim dil təmizləyicisi və diş ipindən istifadə etməyi tövsiyə etdi.
Tərcümə: Könül Oruc