Sağlamlıq
Hər yemək üçün
Sağlamlıq
173

Hər yemək üçün qızıl qayda açıqlandı

Həkim Tatyana İlyuxina hər yemək üçün bir qızıl qayda olduğunu bildirdi.

E-saglam.az xəbər verir ki, İlyuxinanın fikrincə, hər yeməkdə boşqabınızın yarısını dolduran tərəvəzlər olmalıdır. Həkim vurğuladı ki, ət, balıq, quş əti və ya kəsmikdə ola bilən zülal yemək də vacibdir.

Karbohidratlara gəldikdə, onlar da enerji səviyyəsini artırdıqları üçün lazımdır, lakin həkim onları yalnız günün birinci yarısında istehlak etməyi məsləhət gördü.

Nəhayət, İlyuxina insanları, məsələn, yarpaqlı göyərti, kətan toxumu və kəpəkdə olan lifi unutmamağa çağırıb, çünki bu, bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir və onların daha uzun müddət toxluq hissini saxlayır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun