Tibbi xəbərlər
Bu gecə vərdişində
Tibbi xəbərlər
302

Bu gecə vərdişində infarkt riski var

Kardioloq Xose Abellan gecələr xoruldayan insanlarda infarkt riskinin artdığını bildirib.

E-saglam.az xəbər verir ki, həkim qeyd edib ki, xoruldama aritmiya, yüksək təzyiq, əhval dəyişikliyi, gündüz yorğunluğu və diqqət zəifliyi kimi problemlərə də səbəb ola bilər. Onun sözlərinə görə, bu vəziyyət çox vaxt artıq çəki, siqaret, spirtli içkilər və sakitləşdirici dərmanların istifadəsi ilə bağlı olur.

Mütəxəssis problemin qarşısını almaq üçün çəkini normallaşdırmağa kömək edən müntəzəm fiziki aktivlik tövsiyə edib. Abellan Aralıq dənizi pəhrizinin yuxu keyfiyyətini yaxşılaşdırdığını və dil-damaq əzələlərini gücləndirən xüsusi məşqlərin də faydalı ola biləcəyini vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun