Faydalı
Dünyanın ən sağlam qidası seçildi:
Faydalı
867

Dünyanın ən sağlam qidası seçildi: siyahının lideri gözlənilməz oldu

Minlərlə qidanın qida dəyəri, antioksidant tutumu və sağlamlığa təsiri araşdırıldıqdan sonra mütəxəssislər gözlənilməz nəticəyə gəlib.

E-saglam.az xəbər verir kiBeynəlxalq qiymətləndirmələrə əsasən dünyanın ən sağlam qidası şüyüd elan olunub. Bitkinin toxumu, yarpağı və kökü sağlamlığa geniş təsir dairəsi səbəbindən digər güclü meyvə-tərəvəzləri belə geridə qoyub.

Mütəxəssislər bildiriblər ki, şüyüd antioksidantlarla son dərəcə zəngindir, orqanizmi sərbəst radikallardan qoruyur və hüceyrə zədələnməsinin qarşısını alır. Tərkibindəki C vitamini və fitokimyəvi maddələr immuniteti gücləndirir, şüyüd çayının isə sinir sistemini sakitləşdirərək stressi azaltdığı məlumdur. Bitkinin toxumları həzmi yaxşılaşdırır, qaz və şişkinlik problemini azaldır. Dəmir, maqnezium, kalium və kalsium kimi minerallarla zəngin olması maddələr mübadiləsinə də müsbət təsir göstərir.

Mütəxəssislər qeyd edirlər ki, müntəzəm şüyüd qəbulu bağırsaq sağlamlığından hormon balansına, immunitetdən hüceyrə bərpasına qədər çoxşaxəli faydalar təmin edir. Yeməklərə, salatlara və çaylara əlavə edilə bilməsi onu gündəlik istifadə üçün əlçatan edir.

Siyahıya daxil olan digər sağlam qidalar arasında kefir, rooibos çayı, banan, moruq, portağal, kivi, nar, pomidor, qoz, qatıq, tam buğda çörəyi, badam, sarımsaq və qaragilə kimi güclü qida mənbələri də yer alıb. Bu məhsullar antioksidant tərkibi, vitamin-mineral zənginliyi və iltihab əleyhinə təsirləri ilə seçilir.

Mütəxəssislər vurğulayırlar ki, bu qidaların pəhrizdə müntəzəm yer alması həm xroniki xəstəliklərin riskini azaldır, həm də ümumi həyat keyfiyyətini yüksəldir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun