Xəbərlər
Yanıb-sönən işıqların gizli təhlükəsi:
Xəbərlər
68

Yanıb-sönən işıqların gizli təhlükəsi: psixiatr xəbərdarlıq edir

Psixiatr və narkomaniya mütəxəssisi Marina Saunova bayram günlərində geniş istifadə olunan yanıb-sönən işıqların sağlamlıq üçün düşündüyümüzdən daha ciddi risk daşıya biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, qeyri-sabit ritmdə işıq saçan dekorasiyalar bəzi insanlarda sensor yüklənməsinə səbəb olur. Bu zaman göz reseptorları aritmik siqnallarla həddindən artıq yüklənir və vizual-vegetativ tarazlıq pozulur.

Mütəxəssis bildirir ki, bu vəziyyət özünü başgicəllənmə, görmədə “üzmə” hissi, ürəkbulanma və narahatlıq kimi əlamətlərlə göstərə bilər. Daha həssas insanlarda isə intensiv yanıb-sönən işıqlar hətta epileptik tutmanı tətikləyə bilər.

Saunova qeyd edir ki, sinir sisteminin tarazlığını pozmaq üçün keçmişdə belə stimullar – sayrışan işıq, yüksək səs, monoton ritm – xüsusi olaraq istifadə olunub. Bu cür təsirlərin daha yüngül formaları bu gün də dar məkanlarda aktiv işıqlandırma vasitələri ilə müşahidə olunur.

Miqreni, vestibulyar pozğunluğu, narahatlıq problemi və epilepsiyası olan insanlara məsləhət görülür ki, intensiv ritmlə yanıb-sönən pəri işıqlarından uzaq dursunlar. Həkimin tövsiyəsi belədir: Şənlik ab-havası yaratmaq istəyirsinizsə, daha sabit parıltı verən və ya hamar, proqnozlaşdırıla bilən işıq naxışları seçmək ən təhlükəsiz variantdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun