Xəbərlər
36 dəqiqəyə iki kilo ət yedi,
Xəbərlər
13

36 dəqiqəyə iki kilo ət yedi, xəstəxanalıq oldu - Fotolar

Böyük Britaniyanın Devon qraflığında bir neçə qida yarışmasında həddindən artıq yemək yeyən Ris Çadfild xəstəxanaya yerləşdirilib.

E-saglam.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. 

22 yaşlı gəncin iki gün ərzində bir neçə kiloqram ət və balıq, eləcə də 38 toyuq naqeti yediyi bildirilir. O, restoranların birində 36 dəqiqə ərzində kartof qızartması və soğan halqaları ilə birlikdə iki kiloqram həcmində steyk yeyib.

Çadfild növbəti səhər özünü pis hiss etsə də, həmin axşam yenidən yarışmada iştirak edib və bu dəfə 2,5 kiloqram balıq və kartof yeyib. Bundan sonra onun vəziyyəti sürətlə pisləşib, şiddətli qarın ağrısı ilə yanaşı temperaturu da 39 dərəcəyə qalxıb.

Dostları tərəfindən xəstəxanaya aparılan Risin mədəsində çoxlu miqdarda həzm olunmamış qidanın olduğu, mədə funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyi məlum olub. 

Müalicədən sonra gənc evə buraxılıb. Həkimlər bir müddət bu cür yarışmalardan uzaq durmasını tövsiyə etsələr də, Ris elə həmin axşam daha 38 naqet və böyük porsiya kartof yeyib. O, başına gələnlərə baxmayaraq, bu cür yarışmalarda iştirakdan imtina etmək niyyətində olmadığını bildirib.

Qafqazinfo.az

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun