Banan qabığı, sadə və təbii üsullarla dərini təmizləmək və ləkələri azaltmaq istəyənlər üçün yenidən diqqət mərkəzinə çıxıb.
E-saglam.az xəbər verir ki, xüsusilə doğum ləkələri, sızanaq çapıqları və günəş ləkələrinin görünüşünü azaltmaq üçün effektiv bir vasitə hesab olunur.
Maskanın hazırlanması olduqca asandır. Banan qabığının iç tərəfi nazik təbəqəyə çevrilir, sonra 2 çay qaşığı tahini, 1 çay qaşığı maya (təzə və ya quru) və 2 çay qaşığı ilıq su ilə qarışdırılır. Qarışığı 5 dəqiqə saxladıqdan sonra təmiz dəri sahəsinə nazik qat tətbiq edilir və 20 dəqiqə qurumağa buraxılır. Sonra ilıq su ilə yumşaq şəkildə yuyulur.
Banan qabığındakı antioksidantlar dərinin parlaq görünməsini dəstəkləyir, tahin isə nəm balansını qoruyur. Mayadakı B vitaminləri və minerallar isə dəridə solğunluğu azaldaraq tonun bərabərləşməsinə kömək edir.
Mütəxəssislər bildirirlər ki, hər hansı təbii maskada olduğu kimi, tahin (küncüt əzməsi) və ya mayaya qarşı allergiyası olanlarda istifadə zamanı diqqətli olmaq lazımdır. Maskanı çəkmədən əvvəl biləyin iç tərəfində qısa test aparmaq və aktiv sızanaqlar, açıq yaralar və qıcıqlanmış dəri sahələrində tətbiq etməmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc