Düyü suyu və alma sirkəsi zəif və incə saçların güclənməsinə kömək edən təbii vasitə kimi tanınır.
E-saglam.az xəbər verir ki, bu iki maddə saç köklərini qidalandıran vitamin və minerallarla zəngindir və saçın daha qalın, sağlam və elastik görünməsini dəstəkləyir. Nəsillər boyu istifadə edilən düyü suyu zədələnmiş saç tellərinin bərpasına kömək edir, alma sirkəsi isə saç dərisini təmizləyir və pH balansını qoruyur.
Qarışığı hazırlamaq üçün bir stəkan düyü suyuna bir qədər alma sirkəsi əlavə edilir, istəyənlər aloe vera geli də qata bilər. Hazırlanan qarışıq sprey qaba tökülür. Saçlar iki dəfə yuyulduqdan sonra təxminən bir stəkan düyü suyu saç dibinə və tellərə çəkilir və yüngül masaj edilir. Bu proses qan dövranını artıraraq saç köklərini gücləndirir və yeni saçların uzanmasına şərait yaradır. Düyü suyu həmçinin saç dərisini nəmləndirir, quruluq və kəpək kimi problemləri azalda bilər.
Təsirin güclü olması üçün qarışığın saçda 15–20 dəqiqə qalması tövsiyə edilir. Daha sonra saç sadəcə su ilə yuyulur və fen istifadə etmədən təbii şəkildə qurumağa buraxılır. Bu üsul müntəzəm tətbiq edildikdə saçlarda yumşaqlıq, parlaqlıq və güclənmə müşahidə oluna bilər.
Qeyd edək ki, bu üsul ümumi məlumat xarakteri daşıyır, tətbiq etməzdən əvvəl həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.
Tərcümə: Könül Oruc