Xəstəliklər
Quru hava ilə təhlükəli xəstəliklər arasında
Xəstəliklər
70

Quru hava ilə təhlükəli xəstəliklər arasında əlaqə tapılıb

LabQuest tibb şirkətinin eksperti Vera Serejina xəbərdarlıq edib ki, həddindən artıq quru havası olan otaqlarda uzun müddət qalmaq insanı virus və bakterial infeksiyalara daha həssas edir.

E-saglam.az xəbər verir ki, həkim bildirib ki, havanın rütubəti 40–60 faiz arasında olmalıdır, daha aşağı olduqda hava quruyur və ilk növbədə burun-udlağın və buynuz qişanın selikli qişaları zədələnir. Bu isə orqanizmi yoluxucu agentlərə qarşı daha həssas edir.

Serejina həmçinin qeyd edib ki, quru hava toz hissəcikləri, ev tozu gənələri, heyvan dərisi və saç hissəciklərinin uzun müddət havada qalmasına səbəb olur ki, bu da allergik reaksiyaları gücləndirir və infeksiyaların yayılmasını sürətləndirir.

Həkim gözlərə də diqqət yetirməyin vacib olduğunu vurğulayıb: quru buynuz qişalar infeksiya və allergik xəstəlik riskini artırır, onların sağalması isə daha uzun çəkir. Belə hallarda nəmləndirici göz damcılarından istifadə tövsiyə olunur.

Burun boşluğunda qaşınma, şişkinlik və nəfəs darlığı hiss edirsinizsə, əvvəlcə otağı havalandırmaq lazımdır. Beş–on dəqiqədən sonra simptomlar azalmazsa, allergiya ehtimalını nəzərə almaq məsləhətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun