Xəbərlər
Dekabrda havaların isti keçməsinin
Xəbərlər
124

Dekabrda havaların isti keçməsinin təhlükəsi üzə çıxıb

Dekabrda havaların alışılmadıq dərəcədə isti keçməsi müəyyən risklər yaradır.

E-saglam.az xəbər verir ki, Avropa və Amerika Endokrinoloqlar Assosiasiyasının üzvü, diabetoloq-endokrinoloq Ənəs Əlfərəc açıqlamasında bildirib ki, temperaturun tez-tez və kəskin dəyişməsi şəkərli diabet xəstələri üçün təhlükəli ola bilər.

Onun sözlərinə görə, hava qəfil soyuduqda orqanizmin insulinə ehtiyacı artır. Ardınca hava yenidən isinəndə dərmanın udulma sürəti yüksəlir və təsir daha tez baş verir. Bu dəyişkənlik qanda şəkərin kəskin qalxması riskini artırır.

Ekspert şəkərli diabet xəstələrinə qanda qlükoza səviyyəsini diqqətlə izləməyi tövsiyə edib. Əlfərəc qeyd edib ki, davamlı qlükoza monitorinq sistemləri bu dövrdə riskləri azaltmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun