Kişilər arasında populyar olan buxar hamamı və sauna bəzi sağlamlıq vəziyyətlərində ciddi risk yarada bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər müəyyən hallarda hamam və saunadan istifadəni qəti şəkildə məsləhət görmür.
Mütəxəssislər ilk olaraq prostat vəzinin kəskin iltihabı zamanı buxar otağına getməyin qadağan olduğunu bildirir. Onun sözlərinə görə, yüksək temperatur iltihab prosesini sürətləndirə, ağrını artıraraq xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.
Həmçinin varikoseli olan kişilərə saunadan uzaq durmağı tövsiyə edir. İsti temperatur xayalara qanın axınını artırır, lakin genişlənmiş damarlar səbəbindən qan normal boşalmır. Bu vəziyyət ağrıya səbəb olmaqla yanaşı, sperma keyfiyyətini də zəiflədə bilər.
Sidik-cinsiyyət sistemi ilə bağlı istənilən infeksiya zamanı da hamama getmək olmaz. Xüsusilə epididimit, orxit və hidrosel kimi xəstəliklərdə isti buxar vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər.
Mütəxəssis kişilərə xəbərdarlıq edərək bildirir ki, bu cür hallarda hamam və sauna həm simptomları ağırlaşdırır, həm də müalicə prosesinə mənfi təsir göstərə bilər. Sağlamlıqla bağlı şübhə yarandıqda isə mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc