Qidalanma
Supermarketlərdəki təhlükəsiz hazır yeməkləri
Qidalanma
17

Supermarketlərdəki təhlükəsiz hazır yeməkləri necə seçə bilərsiniz?

Mağazalarda satılan hazır qidalarla bağlı zəhərlənmə xəbərlərinin artması istehlakçıları daha diqqətli olmağa məcbur edir.

E-saglam.az xəbər verir ki, qida eksperti Olqa Anişchenkova supermarketdən hazır yemək alarkən təhlükəsizlik risklərini minimuma endirmək üçün bir neçə əsas qaydanı açıqlayıb.

Mütəxəssis ilk olaraq hermetik qablaşdırmada olan məhsullara üstünlük verməyi tövsiyə edir. Onun sözlərinə görə, plyonka ilə tam bağlanmış plastik qablarda qidalar xarici təsirlərdən daha yaxşı qorunur. Qablaşdırma alınmadan əvvəl diqqətlə yoxlanmalıdır: qabarıq film, içəridə kondensasiya, əyilmə və ya deşilmə kimi izlər məhsulun xarab ola biləcəyindən xəbər verir.

Anişchenkova həmçinin qablaşdırmada istehsalçı, yararlılıq müddəti və tərkib barədə məlumatların mütləq göstərilməli olduğunu bildirir. Bu məlumatlar silinibsə, zəif çap olunubsa və ya ümumiyyətlə yoxdursa, məhsulun keyfiyyəti şübhə altına düşür.

Mütəxəssis istifadə müddəti bitmiş və ya bitməsinə az qalmış məhsulların endirimlərinə aldanmamağı tövsiyə edir. Onun sözlərinə görə, belə qidalar artıq xarab olmağa başlaya bilər və bu proses yol boyu daha da sürətlənəcək. Hazır yeməklər üçün iki–dörd günlük raf ömrü təhlükəsiz hesab olunur.

Saxlama şəraitinə də diqqət yetirilməlidir. Hazır qidalar soyuducu vitrinlərdə +2 ilə +6°C temperaturda saxlanmalı, satış şöbələri isə təmiz olmalı, işçilər əlcək və xüsusi qablaşdırma alətlərindən istifadə etməlidirlər.

Anişchenkova ən yüksək risk daşıyan məhsulların çiy balıqla hazırlanan suşi və onigiri, həmçinin mayonezli salatlar olduğunu bildirir. Xarab məhsul əlamətləri kimi turş qoxu, sərtləşmiş düyü və ya nəm nori göstərilir.

Ekspert istehlakçıları seçimdə daha diqqətli olmağa və şübhəli görünən məhsullardan uzaq durmağa çağırır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun