Xəbərlər
30 yaşlı məşhur fitnes-bloger
Xəbərlər
132

30 yaşlı məşhur fitnes-bloger qəfil ürək tutmasından vəfat edib

Tanınmış fitnes-bloger Dmitri Nuyanzin 30 yaşında qəfil ürək tutması səbəbilə dünyasını dəyişib.

E-saglam.az xəbər verir ki, Orenburqda baş verən hadisə barədə məlumatı mərhumun həyat yoldaşı Alina Nuyanzina açıqlayıb.

Onun sözlərinə görə, Dmitri bir neçə gün öncə səhhətində ciddi narahatlıq hiss etməyə başlayıb, xüsusilə döş qəfəsində ağrı və halsızlıq şikayətləri olub. Ailənin iddiasına görə, təcili yardım vaxtında gəlməyib.

Alina Nuyanzina bildirib ki, Dmitri son aylarda həm yüksək kalorili qidalanma, həm də intensiv məşq proqramı tətbiq edirdi. Bu isə orqanizmə əlavə yük yarada bilərdi. O qeyd edib ki, bəzi media qurumları blogerin ölümünü fəstfud ilə əlaqələndirərək əsassız iddialar yayıb və ailə bu səbəbdən hüquqi addımlar atmağı planlaşdırır.

Fitnes-bloger sosial şəbəkələrdə arıqlama prosesi ilə bağlı videoları ilə tanınırdı. Son paylaşımlarından birində o, əvvəlcə 103 kiloqrama qədər çəki yığdığını, daha sonra isə fəal şəkildə arıqlama prosesinə başladığını göstərmişdi.

Hadisə qəfil ürək tutmalarında vaxtında tibbi müdaxilənin və balanslı həyat tərzinin vacibliyini bir daha gündəmə gətirib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun