Qidalanma
Hematogen nədir və onu kimlər
Qidalanma
151

Hematogen nədir və onu kimlər yeməməlidir?

Hematogen uzun illərdir dəmir çatışmazlığına qarşı faydalı məhsul kimi tanınsa da, onun müasir versiyası əvvəlki qədər təhlükəsiz deyil.

E-saglam.az-ın məlumatına görə, diyetoloq Lana Leonova bildirib ki, hazırda istehsal olunan hematogenlər klassik tərkibdən xeyli fərqlənir və bəzi insanlar üçün risk yarada bilər.

Mütəxəssis qeyd edir ki, əvvəllər hematogen iribuynuzlu heyvan qanından hazırlanırdı. Bu gün isə məhsul daha çox zərdab zülalları, dəmir duzları, şəkər və müxtəlif ətirləndiricilərdən ibarətdir.

Leonova hematogenin əks göstərişlərini də açıqlayıb. Aşağıdakı insan qrupları bu məhsulu qəbul etməməlidir:

- hemokromatoz və digər dəmir mübadiləsi pozğunluğu olanlar;

- qanı tez laxtalanan və trombofiliya riski olanlar;

- süd məhsullarına və tərkib hissələrinə allergiyası olanlar;

- 3 yaşdan kiçik uşaqlar.

Diyetoloq əlavə edir ki, həddindən artıq hematogen yemək qəbizlik və ya ishala, ürəkbulanma, qarın ağrısı və allergik reaksiyalara səbəb ola bilər. Bununla yanaşı, bir çox istehsalçı albumin miqdarını azaltdığı üçün məhsulun qida dəyəri əvvəlki kimi yüksək deyil.

Gündəlik təhlükəsiz doza böyüklər üçün 30–50 qram, uşaqlar üçün isə 10–25 qram arası hesab olunur.

Hematogen nədir?

Hematogen - əsas məqsədi dəmir çatışmazlığını aradan qaldırmaq olan xüsusi qida məhsuludur. O, illər əvvəl iribuynuzlu heyvan qanının işlənmiş zülalından (albumindən) hazırlanırdı və hemoglobin səviyyəsini yüksəltmək üçün istifadə olunurdu.

Bu gün mağazalarda satılan hematogenlərin tərkibi bir qədər dəyişib. Adətən bunlara aşağıdakılar daxildir:

- zərdab zülalı və ya dəmir duzları
- şəkər, bəkməz və qatılaşdırıcılar
- kakao və ətirli maddələr

Dadca şirniyyata bənzədiyi üçün çoxları onu “sağlam konfet” kimi qəbul edir, amma bu tam doğru deyil - çünki tərkibində şəkər çox olur və hər kəsə uyğun deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun