Qidalanma
Qlütensiz pəhriz hər kəs üçün
Qidalanma
15

Qlütensiz pəhriz hər kəs üçün vacibdirmi?

Qlütensiz pəhriz son illərdə sosial mediada və sağlam həyat tərzi platformalarında geniş yayılıb.

E-saglam.az xəbər verir ki, bir çox insan qlütensiz qidalanmanın çəkiyə və enerjiyə təsir etdiyini düşünərək bu pəhrizə üz tutur. Lakin mütəxəssislər xəbərdarlıq edir: qlütensiz pəhriz yalnız müəyyən xəstəlik qrupları üçün zəruri və təsirlidir. Sağlam insanlar üçün isə balanslı qidalanma daha doğru yanaşmadır.

Marmara Universiteti Pendik Təlim və Araşdırma Xəstəxanasının Qastroenterologiya Klinikasının dosenti Dr. H. Tarık Kani bildirir ki, qlüteni tamamilə aradan qaldırmaq çölyak xəstələri üçün yeganə müalicə üsuludur. Bu xəstələrdə qlüten bağırsaqlarda immun reaksiyaya səbəb olur və ciddi fəsadlar yaradır. Eyni zamanda çölyak olmayan qlüten həssaslığından əziyyət çəkən şəxslər də qlütensiz pəhrizə diqqətlə yanaşmalıdır. Onlarda bağırsaq zədələnməsi olmasa da, şişkinlik, yorğunluq və həzmsizlik kimi şikayətlər qlüteni azaltmaqla yüngülləşə bilər.

Həkimlərin fikrincə, tibbi göstəriş olmadan qlütensiz qidalanmağa keçmək düzgün deyil. Bu pəhriz lif çatışmazlığına, vitamin əskikliyinə və süni karbohidratların artmasına səbəb ola bilər ki, nəticədə bədən yağı və ürək-damar xəstəlikləri riski yüksəlir. Mütəxəssislər tövsiyə edir: sağlam fərdlər üçün ən yaxşı seçim müxtəlif, balanslı və təbii qidalanmadır. Qlütensiz pəhriz isə yalnız həkim və diyetoloq məsləhəti ilə tətbiq edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun