Bir qastroenteroloq nahar vaxtının yuxu keyfiyyətinə necə təsir etdiyini açıqladı.
E-saglam.az-ın məlumatına görə, qastroenteroloq Yekaterina Kaşux müsahibəsində qeyd edib ki, qış aylarında insanlarda müşahidə olunan yorğunluq və yuxudan oyanmaqda çətinlik yalnız günəş işığının azlığı ilə bağlı deyil. Şam yeməyinin gec yeyilməsi də yuxu pozuntularına səbəb ola bilər.
Kaşux bildirib ki, insan orqanizmi işıq və qaranlıq dövrü ilə tənzimlənən sirkadiyalı ritmlərlə işləyir. Qışda havanın tez qaralması daxili saatı daha erkən dəyişdirir və bu, çoxlarının axşam yeməyini gec yeməsinə gətirib çıxarır.
Con Hopkins Universitetinin alimlərinin apardığı araşdırmada müəyyən olunub ki, axşam saat 22:00-da yemək yeyən iştirakçılarda qan şəkərinin pik həddi 20 faiz, yağ yandırılması isə 10 faiz azalır. 18:00-da yemək yeyənlərlə müqayisədə bu fərq yuxunun keyfiyyətini ciddi şəkildə aşağı salır.
Mütəxəssis xəbərdarlıq edib ki, gec vaxt yeyilən, xüsusilə karbohidratla zəngin yeməklər qanda qlükozanın uzunmüddətli artımına səbəb olur. Bu isə dərin yuxuya keçidi çətinləşdirir, çünki bədən istirahət etməli olduğu halda həzm prosesi aktiv qalır.
Kaşux daha keyfiyyətli yuxu üçün yatmazdan 2–3 saat əvvəl şam yeməyi yeməyi, menyunu isə yüngül və balanslı saxlamağı məsləhət görür. Axşam üçün ən uyğun variantlar tərəvəzlərlə birlikdə balıq, hinduşka, şorba və ya güvəcdir. Yatmazdan əvvəl aclıq hiss olunarsa, bir stəkan kefir və ya banan qəbul etmək tövsiyə edilir.
Tərcümə: Könül Oruc