Gözəllik sənayesi hər gün dəyişir, yeni prosedurlar ortaya çıxır. Saç əkimi, botoks və estetik əməliyyatlar artıq adi sayılır. Amma indi gündəmə gələn yeni trend hamısını geridə qoyub – balıq spermasından hazırlanmış polinukleotid inyeksiyaları.
E-saglam.az-ın məlumatına görə, xüsusilə Böyük Britaniyada müştərilər bu qeyri-adi prosedur üçün növbəyə dayanırlar. Metod alabalıq və ya qızılbalıq spermasından çıxarılan polinukleotidlərin dərialtı şəkildə üzdəki bölgələrə vurulmasını əhatə edir. Bu maddələrin kollagen və elastin istehsalını artırdığı, qırışları yumşaltdığı, sızanaq izlərini azalda bildiyi iddia olunur.
Məşhurlar arasında trendə çevrilib
Son aylarda polinukleotid inyeksiyalarına olan maraq məşhurlar sayəsində daha da artıb. Çarli XCX yaxın zamanda doldurucuların dövrünün bitdiyini və bu prosedura keçdiyini bildirib. Kim və Xloya Kardaşyanların da bu üsulu bəyəndiyi iddia olunur. Jennifer Aniston isə zarafatla "qızılbalıq kimi hamar dəriyə sahib olduğunu" deyib.
Bahalı prosedur
Balıq sperması inyeksiyası hazırda gözəllik dünyasının ən bahalı prosedurlarından biridir. Adətən üç seans tövsiyə olunur və Böyük Britaniyada hər bir seansın qiyməti 602–1,204 AZN arasında dəyişir. Effektin davamlı olması üçün müalicəni 6–9 ayda bir təkrarlamaq məsləhət görülür.
Dermatoloji mütəxəssisləri proseduru "dəri regenerasiyasında yeni addım" kimi təsvir etsələr də, bəzi həkimlər hələlik bu trendin tam elmi sübutlarla dəstəklənmədiyini xatırladır.
Bununla belə, bir çox klinika son 18 ayda tələbən xeyli artdığını, pasiyentlərin yarısının nəzərə çarpacaq dəyişiklik gördüyünü, digər yarısının isə daha kiçik, amma hiss olunan dəri möhkəmliyi qazandığını bildirir.
Tərcümə: Könül Oruc