Psixoloq Yuliya Vinokurova bildirib ki, şüurlu insanların münasibət qurmaqda çətinlik yaşamasının əsas səbəbi onların yüksək gözləntiləridir.
E-saglam.az xəbər verir ki, mütəxəssisə görə, müasir dövrdə insanlar yalnız emosional bağ deyil, həm də tam anlayış, rahatlıq və ortaq həyat baxışları axtarırlar. Bu isə uyğun tərəfdaş tapmağı çətinləşdirir.
Ekspert qeyd edib ki, indi bir çoxları ailə modelinə ənənəvi yanaşmadan uzaqlaşıb və münasibətləri həyatın yükünü azaltmaq üçün bir vasitə kimi görür. Bu səbəbdən tərəfdaşdan gözləntilər artır, seçim prosesi daha tələbkar olur.
Bununla belə, Vinokurova vurğulayır ki, münasibətlərə şüurlu yanaşma mənfi deyil. Əksinə, düzgün yönləndirildikdə bu yanaşma daha güclü, davamlı və sağlam münasibətlərin formalaşmasına kömək edir.
Tərcümə: Könül Oruc