Qidalanma
Ürəyi yağ yatağına çevirən 2 ən
Qidalanma
288

Ürəyi yağ yatağına çevirən 2 ən pis ət növü açıqlanıb

Ət bir çox insanın gündəlik qidasında mühüm yer tutur, lakin kardioloqlar bəzi ət növlərinin ürək sağlamlığına ciddi zərər vura biləcəyi barədə xəbərdarlıq edirlər.

E-saglam.az xəbər verir ki, yeni araşdırma göstərir ki, həddindən artıq ət istehlakı zamanla ürək xəstəlikləri, diabet və pnevmoniya riskini artıra bilər. Zülal və dəmir baxımından zəngin olsa da, müəyyən ətlər damarları sürətlə zədələyə bilir.

Kardioloq Dr. Cois Oen-Hsiao bildirir ki, ürək sağlamlığını qorumaq istəyənlər üçün ən yaxşı seçim daha az yağlı ətlər və ya bitki mənşəli qidalardır. Tərəvəz, meyvə, tam taxıl və paxlalıların liflə zəngin olması pis xolesterolu azaldır və ürək-damar xəstəliklərindən ölüm riskini aşağı salır.

Ən zərərli ət növü

Mütəxəssis ürək üçün ən riskli iki ət qrupunu açıqlayıb. Birinci yerə yüksək yağlı qırmızı ət daxildir. Bu ətlər doymuş yağla zəngindir və LDL — yəni pis xolesterolun yüksəlməsinə səbəb olur. Qanda xolesterol artdıqca damar divarlarında lövhə toplanır, damarlar daralır və bu, infarkt və insult riskini artırır.

İkinci zərərli qrup isə emal olunmuş ətlərdir. Kolbasa, salam və digər delikates məhsulları həm doymuş yağ, həm də çoxlu natrium ehtiva edir. Bu məhsulların mütəmadi qəbulu yüksək qan təzyiqi, bədən şişkinliyi, piylənmə və bəzi xərçəng növləri ilə əlaqələndirilir. Emal prosesində istifadə olunan nitratların da hipertoniya və xərçəng riskini artırdığı təsdiqlənir.

Ətə sağlam alternativlər

Mütəxəssislər qırmızı və emal olunmuş ətlər əvəzinə dərisiz qızardılmış quş əti, buxarda bişmiş ağ ət və omeqa-3 ilə zəngin balıqların daha münasib seçim olduğunu bildirir. Bu qidalar həm ürəyi qoruyur, həm də uzunmüddətli sağlamlıq üçün daha təhlükəsizdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun